Bu gün Gürcüstanın Ombudsmanı Levan İoselianinin ofisi qarşısında etiraz aksiyası keçirilib.
Qaziler.az "ruziya onlayn"a istinadən bildirir ki, onlarla insan Ombudsman “rejimin müdafiəçisi” adlandıraraq onunla görüşməyi tələb edib.
Etirazın səbəbi İoselianinin hökumətyönlü POSTV telekanalına müsahibəsi olub. Ombudsman orada parlament seçkilərinin saxtalaşdırılmasına və ya avropapərəst mitinqlərdə saxlanılanlara “sistemli işgəncə” verilməsinə dair heç bir sübut görmədiyini bildirib.
Etirazçılar ofisə döyülmüş nümayişçilərin fotoşəkilləri və “İşgəncə və saxtakarlığa haqq qazandıran” yazısı yazılmış plakatlarla gəliblər. Seçki saxtakarlığına sübut kimi bir neçə qutu sənəd də gətirilib.
İoseliani toplaşanlarla görüşməkdən imtina edib. Bunun əvəzinə o, Facebook-da bəyanat yayıb. İctimai müdafiəçi bildirib ki, bugünkü piketi əməkdaşlarına təzyiq kimi qiymətləndirir.
QAZİLER.AZ