Rusiya və İran ölkələr arasında viza rejimini ləğv edə bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə görüşdən sonra bildirib. Onun sözlərinə görə, hazırda turizm rejiminin yumşaldılması məsələsi üzərində iş aparılır.
“Ölkələrimiz arasında vizasız rejimə gəlincə, biz bunu Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədə müzakirə etmişik və bundan sonra da müzakirə edəcəyik”, - Pezeşkian bildirib.
Yanvarın 17-də Rusiya və İran prezidentləri Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Sənəd bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye və digər sahələri əhatə edir.
QAZİLER.AZ