Şimali Osetiyada pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.
Qaziler.az bildirir ki, bu barədə respublikanın rəhbəri Sergey Menyailo öz Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Vladiqafqaz aeroportu müvəqqəti olaraq uçuşları dayandırıb.
"Respublikada dron hücumu ilə bağlı fövqəladə vəziyyət elan edilib. Vladiqafqaz hava limanı təyyarələrin qəbulu və göndərilməsi üçün bağlanıb”, - o yazıb.
Menyailo əlavə edib ki, Əməliyyat Qərargahı bölgədə gecə-gündüz fəaliyyətini davam etdirir. O vurğulayıb ki, bütün qüvvələr və resurslar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
QAZİLER.AZ