Bryansk vilayətinin sərhəd bölgəsində Rusiya hərbçilərinə dronlarla hücum olub

Bryansk vilayətinin sərhəd bölgəsində Rusiya hərbçilərinə dronlarla hücum olub backend

Yanvarın 16-da pilotsuz uçuş aparatları Bryansk vilayətində Rusiya hərbi bazasına hücum edib. Bu, Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda baş verib.

Qaziler.az bildirir ki, bu barədə  ASTRA Telegram kanalı məlumat yayıb.

Belə ki, pilotsuz təyyarələr Bryansk vilayətinin Xvoşovka kəndi ərazisində Rusiya Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.

ASTRA-nın bölgənin fövqəladə hallar xidmətindəki mənbələrinə görə, nəticədə 20 yaşlı rusiyalı hərbçi zərərsizləşdirilib.

Qəlpə yaraları alan 24 yaşlı rusiya əsgəri də ağır yaralanıb.

Qeyd edildiyi kimi, dron hücumu Ukrayna ilə sərhəddən 2,5 km aralıda həyata keçirilib.

QAZİLER.AZ

 

 

Diaspora