Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 4 yaşayış məntəqəsinə zərbələr endirib

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 4 yaşayış məntəqəsinə zərbələr endirib backend

Belqorod vilayətində 4 sərhəd yaşayış məntəqəsi yenidən Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

Qaziler.az bildirir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkovun yanvarın 16-da verdiyi məlumata görə, Qrafovka, Repyaxovka, Novaya Tavoljanka və Rjevka kəndlərinə ziyan dəyib.

Qrafovkada iki dron hücumundan sonra elektrik xətti zədələnib və küçə işıqlandırması müvəqqəti olaraq itib.

Şebekinski rayonunun Novaya Tavoljankada mərmi düşdükdən sonra dörd fərdi evdə yardımçı tikililər və hasarlar zədələnib. Rjevkada mərmilərdən sonra 5 yaşayış binasının pəncərələri sınıb, dam örtüyü dağılıb. Həyətdəki iki binaya və iki minik avtomobilinə ziyan dəyib.

"Krasnoyarsk vilayətində Repyaxovka kəndi FPV pilotsuz uçan aparatının hücumuna məruz qalıb - rabitə infrastrukturu obyekti zədələnib", - Qladkov Teleqram kanalında qeyd edib.

QAZİLER.AZ

Diaspora