Zelenski ilə Tramp arasında görüşün tezliklə baş tutacağını gözləyirəm - Yermak

Zelenski ilə Tramp arasında görüşün tezliklə baş tutacağını gözləyirəm - Yermak backend

Yaxın vaxtlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüşün baş tutacağı gözlənilir. İnauqurasiyadan dərhal sonra komandalar arasında rəsmi müzakirələr və məsləhətləşmələr başlayacaq.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak danışıb.

"Mən Trampın Amerikanın güclü olmaması üçün hər hansı addım atacağı heç bir ssenariyə inanmıram. Və Ukrayna güclü olmasa və ədalətli sülh əldə etməsə, Amerikanın güclü ola biləcəyinə inanmıram. Mən bunu dəqiq bilirəm. Tramp bu müharibəni bitirmək istəyir, bu onun üçün vacibdir”, - Yermak bildirib.

Onun sözlərinə görə, əsas məsələ əməkdaşlıqdır. Ona görə də Ukrayna inaqurasiyadan dərhal sonra rəsmi müzakirələrə və məsləhətləşmələrə başlamaq əzmindədir.

“Və gözləyirəm ki, tezliklə vəzifəsinin icrasına rəsmi başlayacaq prezident Tramp və prezidentimiz Zelenski arasında bu müharibəni necə bitirmək barədə konkret planları müzakirə etmək üçün görüş olacaq”, - OP rəhbəri qeyd edib.

Yermak həmçinin ümid etdiyini bildirib ki, iki prezidentin komandaları tezliklə real vaxt rejimində görüşə biləcəklər.

Prezident Ofisinin rəhbəri həmçinin Trampın yeni komandasının bir neçə üzvü ilə əlaqə saxladığını bildirib.

QAZİLER.AZ

Diaspora