Cənubda Ukrayna sərhədçiləri işğalçıların ekipajı ilə birlikdə motorlu qayığı vurublar. Döyüşçülər dronun zərbəsini videoya çəkiblər.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, cənubda sərhədçi aviasiya kəşfiyyatı işğalçılara məxsus motorlu qayığı qeydə alıb və məhv edib.
Qayıqda olanlardan biri dənizə atılıb, qayıq idarəetməni itirib, üçü isə sahilə çıxmağa cəhd edib.
"Hazırda hərbçilərimiz onların hərəkət cəhdinin əbədi olaraq dayandırılmasını təmin etmək üçün çalışır", - sərhədçilər qeyd ediblər.
QAZİLER.AZ