Rusiya daha iki gürcü və litvalı döyüşçünü terrorçuların reyestrinə salıb

Rusiya daha iki gürcü və litvalı döyüşçünü terrorçuların reyestrinə salıb backend

"Əcnəbi muzdlular Levan Beruaşvili, Aleksi Bibiçadze və Şarunas Yasyukeviç “Rosfinmonitoring” terror reyestrinə daxil ediliblər".

Qaziler.az  bildirir ki, bu barədə  news.ru xəbər verir.

"Onlardan ikisi Gürcüstan, üçüncüsü isə Litva vətəndaşıdır. Muzdlular Kursk vilayətində terror aktları törətməkdə ittiham olunurlar".

Amerikalı muzdlu Derrik Beylz də reyestrə daxil edilib. ABŞ vətəndaşı terror fəaliyyətində iştirakını göstərən siyahıya salınıb.

"Rosfinmonitorinq" öz siyahısına Böyük Britaniyadan olan muzdlu əsgər Ceyms Skott Ris Andersonu əlavə edib. Rusiya Silahlı Qüvvələri onu Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqəsinə hücum zamanı əsir götürüb. Siyahıya ABŞ vətəndaşı Robert Vertman və Ukrayna Silahlı Qüvvələrinin 80-ci desant-hücum briqadasının komandiri, polkovnik Pavlo Rozlax da daxil edilib.

Reyestrdə gürcü muzdlu, respublikanın keçmiş prezidenti Mixail Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturin də var. Hərbi müstəntiqlər ona qarşı muzdluların hazırlanması və Ukrayna Silahlı Qüvvələrinin tərəfində silahlı münaqişədə iştirakı ilə bağlı cinayət işi açıb.

QAZİLER.AZ

Diaspora