Yanğın yerində operativ qərargah yaradılıb.
Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyi xəbər verir.
Hadisə yerində Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin 30 xilasedicisi və 10 texnikası işləyir.
"Yanğının söndürülməsi istiqamətində işlər davam edir. Hadisə yerində yanğınsöndürmə briqadası yaradılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonşu yaşayış binalarının mühafizəsi və yanğının söndürülməsi üçün su şırnaqlarından istifadə edilir".
Ölən və yaralananların olmadığı bildirilir. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yanğının daha yüksək dərəcəli olduğunu qeyd ediblər.
Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri gücləndirilmiş çağırış səviyyəsində yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
QAZİLER.AZ