Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayətində Ukraynaya məxsus raketi vurub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə regionun əməliyyat qərargahı yanvarın 13-də bildirib.
“Ukraynaya məxsus raket Kursk vilayəti üzərində səmada məhv edilib. Hava hücumundan müdafiə döyüşçülərinə təşəkkür edirik!" – Telegram kanalındakı məlumatda deyilir.
Bundan təxminən bir saat əvvəl əməliyyat qərargahı raket təhlükəsi barədə məlumat verib.
QAZİLER.AZ