Daha bir gürcü döyüşçü Kaxa Tilidze Ukrayna uğrunda gedən döyüşlərdə həlak olub. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib.
Bu barədə RBC-Ukrayna gürcü döyüşçünün silahdaşı Vano Nadiradzenin Facebook səhifəsinə istinadən xəbər verir.
Könüllünün dəqiq harada və hansı şəraitdə həlak olduğu məlum deyil.
Döyüşçünün ölümü ilə bağlı məlumatı Gürcüstan Xarici İşlər Nazirliyindən əlavə, İşğala Qarşı Hərəkatdan David Katsarava da təsdiqləyib.
“Azadlıq” radiosu isə öz növbəsində əlavə edir ki, Ukraynaya genişmiqyaslı işğal başlayandan bəri açıq mənbələrdən əldə edilən məlumatlara görə, 60-a yaxın gürcü döyüşçü bu müharibədə həlak olub.
QAZİLER.AZ