türkiyə daxili işlər naziri Ali Yerlikaya mərkəzi Manisada olmaqla 3 vilayətdə terror təşkilatı DEAŞ-a qarşı keçirilən "GÜRZ-38" əməliyyatlarında 23 şübhəlinin tutulduğunu, 13-nün həbs edildiyini, 10-u haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini açıqlayıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada İŞİD terror təşkilatına qarşı həyata keçirilən "Gürz-38" əməliyyatları ilə bağlı məlumat verib.
Mərkəz Manisada olmaqla Adana və İzmirdə əməliyyatların aparıldığını bildirən nazir Yerlikaya, 23 şübhəlinin tutulduğunu, 13-nün həbs edildiyini, 10-u haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini qeyd edib.
Nazir Yerlikaya, əməliyyatlarda tutulan şübhəlilərin təşkilat daxilində fəaliyyət göstərdiklərinin və təşkilat adına silah əldə edərək hərəkətə keçdiklərinin müəyyən edildiyini bildirdi.
QAZİLER.AZ