Türkiyə Milli Kəşfiyyat Təşkilatı ilə Hatay vilayət polis idarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən Məhəmməd Dib Koralı Suriyada yaxalanıb.
Qaziler.az bildirir ki, bu barədə ahaber.com.tr xəbər verir.
MİT, partlayışda istifadə edilən bombaların Reyhanlı hücumunu törədənlərdən Məhəmməd Dib Koralı tərəfindən təmin edildiyini müəyyən edib. Reyhanlı hücumunu planlaşdıranlar arasında barəsində həbs qərarı çıxarılan KORALI-nın olduğu da məlum idi.
Kəşfiyyat işləri nəticəsində yeri müəyyən edilən Muhammed Dib Koralı MİT-in Suriyada keçirdiyi sərhəd əməliyyatında yaxalanaraq Həyat vilayət polis idarəsinə təhvil verilib.
MİT 2018-ci ildə Suriyada keçirdiyi əməliyyatla hücumun qaçaq icraçılarından və planlaşdırıcılarından biri olan Yusuf Naziki də Türkiyəyə gətirmişdi.
11 may 2013-cü ildə Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonunda törədilən iki ayrı terror aktında 53 nəfər həyatını itirmiş, çoxlu sayda mülki şəxs yaralanmışdı.
QAZİLER.AZ