Rusiyanın Murmansk vilayətində Kovdor dəmir yolu stansiyasında beş yük vaqonu relsdən çıxıb.
Qaziler.az bildirir ki, bu barədə rayonun Şimal-Qərb Nəqliyyat Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qəza yanvarın 10-na keçən gecə manevr işləri zamanı baş verib. Nəticədə 5 boş yük vaqonu relsdən çıxıb.
“Xəsarət alan yoxdur, bərpa işləri başa çatıb. Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir”, - deyə idarədən bildirilib.
Onlar əlavə ediblər ki, Kandalakşa Nəqliyyat Prokurorluğu artıq araşdırmaya başlayıb.
QAZİLER.AZ