Qazaxıstan və Özbəkistan yeni dəmir yolu marşrutunu işə salır. Bununla bağlı danışıqlar davam edir.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
Danışıqlar zamanı “Қазақстан темір жолы” və “Özbəkistan temir yullari” şirkətlərinin nümayəndələri sərnişindaşıma sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
Nəticədə iki ölkə arasında turizm qatarlarının fəaliyyətə başlamasına dair saziş imzalanıb, birgə layihələrin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb.
"Bu saziş çərçivəsində ilk addımlardan biri Qazaxıstan və Özbəkistanın dəmir yolu şirkətləri tərəfindən təşkil olunmuş yeni “Jibek Joly” turist qatarının işə salınması oldu. Xüsusən, iki ölkənin turizm potensialının daha da inkişafına töhfə verəcək yeni beynəlxalq Astana-Səmərqənd marşrutu nəzərdən keçirilir", - Qazaxıstan dəmir yolları mətbuat xidməti xəbər verir.
Layihənin inkişaf etdiriləcəyi və ölkələr arasında sərnişindaşıma xidmətinin genişləndirilməsi üçün digər mümkün istiqamətlərin artıq nəzərdən keçirildiyi bildirilir.
QAZİLER.AZ