Almaniyanın xarici işlər naziri Annalena Baerbok və müdafiə naziri Boris Pistorius Bundestaq seçkilərinə qədər Ukraynaya silah tədarükü üçün təxminən üç milyard avro ayırmaq istəyirlər. Bununla belə, kansler Olaf Şoltsun ofisi buna müqavimət göstərə bilər.
Qaziler.az bildirir ki,bu barədə "Der Spiegel" xəbər verir.
Nəşrin məlumatına görə, Ukrayna üçün silahların siyahısı 2024-cü ilin noyabrında Almaniya hökuməti koalisiyasının dağılmasından az sonra tərtib edilib. Buraya raketləri olan üç İris-T hava hücumundan müdafiə batareyası, Patriot raketləri, on təkərli haubitsa və artilleriya sursatları daxil olub.
Şolts həmçinin, Ukraynaya hərbi yardım üçün 2025-ci il üçün əvvəlki büdcədə nəzərdə tutulan təxminən 4 milyard avronu kafi hesab etdiyi üçün təcili tədbirlərə ehtiyac görmür. Onlar həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə G7-yə verilən 50 milyard dollarlıq kreditdən istifadə imkanını xatırladıblar.
"Spiegel"in yazdığı kimi, Şoltsun departamentinin Kiyevə əlavə vəsaitin ayrılmasını dəstəkləmədiyini qeyri-rəsmi şəkildə bildirməsi səbəbindən bu planın icrası yanvarın əvvəlində dayandırılıb. Nəşr qeyd edir ki, buna səbəb kimi Almaniyanın gələcək hökumətini fakt qarşısında qoymaq istəməməsi göstərilib.
QAZİLER.AZ