Moskva məhkəməsi Rusiya vətəndaşı Andrey Molevi Yeni il gecəsi metroda nasist salamı verdiyinə görə cərimələyib.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 10-da rəsmi məhkəmə sənədlərində deyilir.
Hadisənin yanvarın 1-də Moskva vaxtı ilə saat 1:40-da Kitay-Qorod stansiyasında baş verdiyi bildirilir. Həmin şəxs müvafiq jest edərək və nasist salamı qışqıraraq nasist simvollarını ictimaiyyət qarşısında nümayiş etdirib.
RİA Novosti-nin verdiyi məlumata görə, şübhəli şəxs məhkəmədə günahını etiraf edib. O, Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsi (“Nasist əşyalarının və ya simvollarının təbliği və ya ictimai nümayişi”) ilə ittiham olunur.
Şübhəlini mindən iki min rubla qədər cərimə və ya 15 günə qədər həbs gözləyir.
QAZİLER.AZ