Rusiyalı sevgilisini başqası ilə görən moldovalı onu diri-diri yandırmaq qərarına gəldi

Rusiyalı sevgilisini başqası ilə görən moldovalı onu diri-diri yandırmaq qərarına gəldi backend

Moskva vilayətində Moldova vətəndaşı qısqanclıq zəminində keçmiş sevgilisinin evini yandırıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Moskva vilayətinin Alabuşevo kəndində kişi keçmiş sevgilisinin evini yandırıb. Qeyd olunur ki, ev sahibəsi xilas ila bilməyib b- o, diri-diri yanıb.

Şübhəli həbs edilib, o, günahını etiraf edib və qısqanclıq zəminində hərəkət etdiyini təsdiqləyib.

Şübhəlinin 38 yaşlı Moldova vətəndaşı olduğu məlum olub. İlkin məlumata görə, kişi keçmiş sevgilisini başqa kişinin yanında gördükdən sonra onun evini yandırmaq qərarına gəlib. O, yanacağı giriş qapısına töküb, sonra yandırıb.

Qadının yeni sevgilisi onunla birlikdə evdə olub. O, sevgilisindən fərqli olaraq yanğından xilas ola bilib - yarıçılpaq halda pəncərədən atılıb.

QAZİLER.AZ

Diaspora