“Gürcüstan naminə Qaxariya” AŞPA-nı Gürcüstan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməyə çağırıb

“Gürcüstan naminə Qaxariya” AŞPA-nı Gürcüstan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməyə çağırıb backend

“Gürcüstan naminə Qaxariya” partiyası Avropa Şurası Parlament Assambleyasını Gürcüstan nümayəndə heyətinin Assambleyadakı mandatlarını təsdiq etməməyə çağırır.

Qaziler.az bildirir ki, bu barədə “Facebook” sosial şəbəkəsində yayılan bəyanatda deyilir:

“Gürcüstanda demokratik reqressiyanın sistemli xarakteri Avropa Şurasının fundamental prinsiplərinə və Gürcüstanın üzərinə götürdüyü öhdəliklərə ziddir.

“Gürcüstan naminə Qaxariya” partiyası Avropa Şurası Parlament Assambleyasını çağırır:

- Gürcüstanın Assambleyadakı nümayəndə heyətinin mandatlarını təsdiq etməmək;
- Monitorinq Komitəsindən ətraflı hesabat tələb etmək;
- Demokratik uyğunluq üçün aydın meyarların müəyyən edilməsi;
“Hesabatlılığı təmin etmək və tərəqqi izləmək üçün monitorinq mexanizmlərini gücləndirmək”, - bəyanatda deyilir.


Xatırladaq ki, daha əvvəl Gürcüstanın daha üç müxalifət partiyası AŞPA-nın sədr və parlament fraksiyalarına oxşar bəyanatla müraciət etmişdi.

QAZİLER.AZ

Diaspora