Ukrayna Böyük Britaniya və müttəfiqlərindən 30 min yeni PUA alacaq

Ukrayna Böyük Britaniya və müttəfiqlərindən 30 min yeni PUA alacaq backend

Böyük Britaniya və müttəfiqləri Kiyevin dronlarla təmin edilməsi üzrə beynəlxalq koalisiya çərçivəsində Ukraynaya 30 min yeni PUA göndərəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Böyük Britaniya və Latviyanın rəhbərlik etdiyi beynəlxalq dron koalisiyası tərəfindən 45 milyon funt-sterlinq məbləğində müqavilələr bağlandıqdan sonra Ukraynaya 30 min yeni dron göndəriləcək", - bəyanatda qeyd olunub.

Bu məqsədlə Böyük Britaniya, Latviya, Danimarka, İsveç və Niderlandın maliyyə dəstəyi göstərəcəyi bildirilir.

Diaspora