İran Suriyada böyük strateji məğlubiyyətə uğradığını ETİRAF ETDİ

İran Suriyada böyük strateji məğlubiyyətə uğradığını ETİRAF ETDİ backend

İran Suriyada mühüm strateji məğlubiyyətə uğrayıb, lakin hələ də bu ölkədəki qüvvələrini inkişaf etdirməyi planlaşdırır.

Qaziler.az “The New York Times”ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati bildirib.

“Mən düşünmürəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir. Biz ağır məğlubiyyət aldıq və bu, bizim üçün ciddi zərbə oldu”, - deyə qəzet generalın sözlərindən sitat gətirib.

Esbati həmçinin qeyd edib ki, İran və Suriya arasında münasibətlər son dövrlərdə durğun olub və prezident Bəşər Əsədin devrilməsindən əvvəl getdikcə gərginləşib. Bununla belə, Tehran mövcud vəziyyətdən regionda hərbi mövcudluğunu bərpa etmək üçün istifadə etmək niyyətindədir.

QAZİLER.AZ

Diaspora