Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatının yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Report” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.
"Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib", - məlumatda bildirilib.
Qeyd edilib ki, Ankara bütün mümkün ssenarilərə hazırlaşır.
"Bunlardan biri hərbi əməliyyatlardır", - qəzet vurğulayıb.