Polşada prezident seçkiləri mayın 18-nə təyin edilib.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 8-də ölkə Seyminin (Polşa parlamentinin aşağı palatası) spikeri Şimon Holovniya məlumat verib.
“Prezident seçkilərinin birinci turu mayın 18-də keçiriləcək. İki həftədən sonra, zərurət yaranarsa, iyunun 1-də seçkilərin ikinci turu keçiriləcək”, - deyə Rzeczpospolita onun sözlərindən sitat gətirir.
Xolovnya həmçinin bildirib ki, seçkilərin may həftəsonunda keçirilməsindən söhbət gedə bilməz.
Dairə seçki komissiyalarına gəlincə, spiker deyib ki, onlar martın 31-dək yaradılmalıdır, aprelin 4-dək isə prezidentliyə namizədlər irəli sürülə bilər.
Qəzetin yazdığına görə, hazırda seçkilərdə Senatın vitse-spikeri (Polşa parlamentinin yuxarı palatası) Maqdalena Beyat, deputat Marek Yakubyak, "Yeni Ümid" Partiyasının lideri Slavomir Mentzen, polşalı tarixçi, müstəqil namizəd Karol Navrotcki, Varşava meri, “Vətəndaş Koalisiyasının” namizədi Rafal Tşaskovski, eləcə də Holovniyanın özü iştirak edəcəklər.
QAZİLER.AZ