Ukraynada hərbçilərə həsr olunmuş daha bir bayram qeyd olunacaq

Ukraynada hərbçilərə həsr olunmuş daha bir bayram qeyd olunacaq backend

Ukraynada yeni milli bayram yaranıb. Hər il iyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ordu Aviasiyası Günü qeyd olunacaq.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezident aparatının saytında yerləşdirilən sərəncama istinadən məlumat yayıb.

Sərəncamda qeyd olunduğu kimi, yeni bayram Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ordu Aviasiyasının əsgərlərinin Ukraynanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə göstərdikləri şücaət və qəhrəmanlıqlarına hörmət əlaməti olaraq təqdim edilib.

Prezident Vladimir Zelenskinin 17 saylı fərmanında deyilir: “Ukraynada hər il iyulun 3-də qeyd olunan Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ordu Aviasiyası Gününü təsis etmək qərarına gəlirəm”.

Qeyd edək ki, bu fərman dərc edildiyi gündən qüvvəyə minir. Yəni, bu ilin iyul ayında Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ordu Aviasiyası Günü qeyd olunacaq.

QAZİLER.AZ

Diaspora