İki ukraynalı desant 14 rusiyalını eyni vaxtda əsir götürdü

İki ukraynalı desant 14 rusiyalını eyni vaxtda əsir götürdü backend

Ukrayna hərbçiləri bir anda 14 işğalçını əsir götürüb. Əməliyyatı yalnız iki paraşütçü həyata keçirib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının Telegram kanalına istinadən məlumat yayıb.

Bildirilir ki, iki paraşütçü Rusiyanın ön cəbhədəki mövqelərindən birinə uzun sürən dron hücumundan sonra əməliyyat keçiriblər. Onlar əməliyyatı  atəş altında həyata keçiriblər.

79-cu hava hücumu "Tavriya" briqadasının iki əsgəri düşmən sığınacağına yaxınlaşıb. Orada “Cin” və “Maniken” kod adlı desantçılar onun girişinə bir neçə qumbara atıblar.

Bundan sonra rusiyalılar buradan sağ çıxa bilməyəcəklərini anlayıblar və təslim olmaq qərarına gəliblər.

“Dünyanın ikinci ordusunun” 14 nümayəndəsi dərhal silahlarını yerə qoyub, səngəri tərk ediblər”, - məlumatda deyilir.

QAZİLER.AZ

 

 

Diaspora