Nikolayevdə yanvarın 5-də rayon məhkəməsinin binasında yanğın olub. Məlum olub ki, yanğını 18 yaşlı gənc törədib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Milli Polisin Nikolayev vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Polisin məlumatına görə, Samoyloviç küçəsindəki rayon məhkəməsi yanıb. Ekspertiza nəticəsində yanğının qəsdən törədildiyi müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarından istifadə edərək yanğında kimin əli olduğunu müəyyən ediblər. 18 yaşlı gənc kirayə qaldığı mənzildə saxlanılıb.
QAZİLER.AZ


