Hakan Fidan: Suriyadakı yeni rəhbərlik PKK/YPG problemini həll etməlidir

Hakan Fidan: Suriyadakı yeni rəhbərlik PKK/YPG problemini həll etməlidir backend

"Suriyada yeni rəhbərlik bu problemi (PKK/YPG) qəbul etməli və lazımi addımları atmalıdır. Danışıqlar davam edir, bəzi addımların atılmasını gözləyirik"

Qaziler.az bildirir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan CNN Türk-də qatıldığı proqramda gündəmlə bağlı verdiyi açıqlamalarda deyb.

Xarici işlər naziri Fidanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

Suriyadakı dövlətin indiki adı “Suriya Ərəb Respublikası”dır.

Suriyada yeni rəhbərlik bu problemi (PKK/YPG) qəbul etməli və lazımi addımları atmalıdır. Danışıqlar davam edir, bəzi addımların atılacağını gözləyirik.

Bizim verdiyimiz ultimatum ortadadır. PKK kadrlarının Suriyanı tərk etməsi lazımdır. Onlar özlərini tanıyır, bizdə onların adları var.

Əgər bu istiqamətdə fəaliyyət göstərməsələr, lazımi tədbirlər görüləcək. Bu, hərbi əməliyyatdır.

"Mənə, Suriyaya, İraqa, bölgəyə və ən əsası kürdlərə təhlükəsən. İndi buna son qoyulmalıdır", - Hakan Fidan deyib.

QAZİLER.AZ

Diaspora