İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Apa xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,25 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 139 km cənubda, ocağı isə 19 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.