Rusiya Xersonda sərnişin avtobusunu vurdu: Ölən və yaralananlar var

Rusiya Xersonda sərnişin avtobusunu vurdu: Ölən və yaralananlar var backend

Rusiya işğalçıları bu gün, yanvarın 6-da Xersonda mikroavtobusa hücum etmək üçün drondan istifadə ediblər. Nəticədə bir nəfər ölüb, yaralananlar var.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Prokudin bildirib ki, yerli vaxtla saat 17:00 radələrində Rusiyaya məxsus pilotsuz uçuş aparatı Şumen mikrorayonunda mikroavtobusu vurub.

Hadisə nəticəsində 50 yaşlı kişi həyatını itirib.

Həmçinin, onun sözlərinə görə, 47, 55, 58, 51 və 30 yaşlı qadınların xəsarət aldığı məlum olub. Onlar xəstəxanaya aparılıb.

Bu hadisədə 21 yaşlı gənc yaralanıb və ayaqlarından qəlpə yaraları alıb. O da xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ

Diaspora