Gürcüstanda oğurlanmış rusiyalı turist öldürülüb - KİV

Gürcüstanda oğurlanmış rusiyalı turist öldürülüb - KİV backend

Gürcüstanın “Mtavari Arkhi” və “TV Pirveli” telekanalları Svanetidə oğurlanmış rusiyalı turistin öldürüldüyünü xəbər verir.

Qaziler.az bildirir ki, bu barədə "Qruziya onlayn" xəbər verir.

Mestiada turistlərə hücum edən iki nəfərin saxlanıldığı qeyd edilir, Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar kişinin cəsədini çaya atıblar.

“Onlara qarşı quldurluq, ağırlaşdırıcı şəraitlə qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə ittiham irəli sürülüb.

Cinayət 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il yanvarın 5-də Zuqdididən Mestiaya gedən iki xarici vətəndaşa hücum edib. Onlara quldurluq edib, mobil telefonlarını götürüb, onlardan biri - 1986-cı il təvəllüdlü V.S güllə yarası alıb, cinayətkarlar qanunsuz olaraq turistlərin azadlığını məhdudlaşdırıblar.

Cinayəti gizlətmək üçün daha sonra meyit çaya atılıb, bundan sonra hücum edənlər qaçıblar.

QAZİLER.AZ

Diaspora