Rusiyanın Sankt-Peterburq şəhərində taksi sürücüsü piyada keçidində iki nəfəri vurub.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 6-da şəhər prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Bundan başqa, “İzvestiya” hadisə anının videosunu yayıb.
Prokurorluq aydınlaşdırıb ki, qəza Vasilyevski adasındakı Universitetskaya sahilində baş verib. Taksi sürücüsü piyada keçidinin qarşısında əyləc basmağa macal tapmayıb və iki nəfəri vurub. Kadrlarda qurbanlardan birinin necə bir neçə metr uzağa düşdüyü, ikincinin isə zərbədən sonra ayağa qalxaraq avtomobilə tərəf qaçdığı görünür.
Hazırda hadisə Sankt-Peterburq prokurorluğunda nəzarətə götürülüb, hadisə ilə bağlı araşdırma aparılır. Məlum olub ki, taksi sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməyə görə artıq beş cinayəti var.
“İzvestiya”nın mənbəsinin məlumatına görə, qəza zamanı xəsarət alan 15 yaşlı qızın vəziyyəti orta ağırdır.
QAZİLER.AZ