Rusiya əsgərləri Ukrayna hərbçilərini güllələyib. Bu, cümə günü, yanvarın 3-də Donetsk vilayətində baş verib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Ombudsmanı Dmitri Lubinetsin Teleqramına istinadən məlumat yayıb.
Ombudsmanın sözlərinə görə, insident Donetsk vilayətinin Volnovaxa rayonunun Neskuçnoye kəndi yaxınlığında baş verib. İlkin məlumatlara görə, rus işğalçıları üç ukraynalı hərbi əsiri güllələyiblər. Əllərini bağlayıb başın arxasına atəş açıblar.
Lubinets xatırladıb ki, Cenevrə Konvensiyalarına əsasən, hərbi əsirlər xüsusi mühafizə altındadır və heç bir ölkənin onlara işgəncə vermək, zorakılıq etmək və ya onların həyatını almaq hüququ yoxdur. Buna baxmayaraq, Rusiya beynəlxalq normalara məhəl qoymadığını nümayiş etdirir.
QAZİLER.AZ