Türkiyə üçün pis xəbər: AB yeni məhdudiyyət tətbiq etdi

Türkiyə üçün pis xəbər: AB yeni məhdudiyyət tətbiq etdi backend

Avropa Birliyi yaşıl pasportu (xüsusi pasport - red.) olan Türkiyə vətəndaşları üçün “ön viza” tətbiq etməyə başlayır.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, cari ilin ilk yarısında Almaniya, Fransa və Niderland da ETİAS adlı sistemə daxil olacaq. Yaşıl pasportu olanlar proqramı yükləyib 7 avro ödəyəcək, sonra pasport məlumatlarını sistemə daxil edəcəklər. Sistem təsdiq etməsə, həmin şəxs AB-yə daxil ola bilməyəcək.

AB Səyahət və Avtorizasiya Sistemi ETİAS 2025-ci ilin birinci yarısında tətbiq olunacaq. Müvafiq olaraq, yaşıl və ya boz pasporta malik olan və AB vizası tələb olunmayan şəxslər AB-yə üzv ölkələr və İsveçrə, İslandiya, Norveç və Lixtenşteynə səyahət edərkən ETİAS sistemində qeydiyyatdan keçəcəklər.

Almaniya, Fransa və Niderland 2021-ci ildə başlaması nəzərdə tutulan sistemi tamamlaya bilməsə də, bəzi AB üzvü ölkələr 2024-cü ilin noyabr ayının ortalarında sistemdən istifadə etməyə başlayıb. Təhlükəsizlik məqsədi ilə hazırlanmış sistemdə ilkin viza yoxlanışı olacaq. Müraciətlərin 90-95 faizinin müsbət cavab alacağı ehtimal edilir.

Türklərin ən çox səyahət etdiyi ölkələrdən biri olan Almaniyaya gedəcək yaşıl və diplomatik pasportlara malik şəxslər üçün ilkin bildiriş 2025-ci ilin ilk yarısında başlayacaq. Türklər də daxil olmaqla, 1 milyard insanın ETİAS-dan təsirlənəcəyi gözlənilir.

Diaspora