Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarənin qara qutularını Braziliyaya göndərəcək

Qazaxıstan Aktauda qəzaya uğrayan təyyarənin qara qutularını Braziliyaya göndərəcək backend

Qazaxıstan qəzaya uğrayan AZAL-ın qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək.

Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi dekabrın 29-da Telegram kanalında məlumat yayıb.

“Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, təhqiqat aparan dövlət uçuş qeydlərinin oxunmasını təmin edir və qara qutuların oxunması və şifrəsinin açılması üçün ölkənin seçilməsinə dair qərar qəbul edir”, - məlumatda deyilir.

Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür.

QAZİLER.AZ

Diaspora