Tbilisidə parlament binası yaxınlığında aksiya keçirən etirazçılar saxlanılmağa başlayıb

Tbilisidə parlament binası yaxınlığında aksiya keçirən etirazçılar saxlanılmağa başlayıb backend

Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının iştirakçıları saxlanılmağa başlayıb.

Qaziler.az bildirir ki, bu barədə TASS müxbirinə istinadən xəbər verir.

Bir neçə yüz nəfər prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirildiyi ərazinin yaxınlığında dinc etiraz aksiyası keçirib. Etirazçıların əksəriyyəti getdikdən sonra polis hadisə yerinə gələrək bir neçə nəfəri saxlayıb.

Daha sonra təhlükəsizlik qüvvələri yerdə qalan etirazçıları parlamentdən uzaqlaşdırılıb.

Dekabrın 29-da eks-prezident Salome Zurabişvili üç minə yaxın tərəfdarın alqışları ilə Orbeliani sarayını tərk edib. Mixeil Kavelaşvili and içərək, rəsmi olaraq Gürcüstan prezidenti vəzifəsinin icrasına başlayıb.

QAZİLER.AZ

Diaspora