Danimarka, Fransa və Litva Ukrayna silahları üçün 150 milyon avro ayırıb. Vəsait raketlərin, dronların və artilleriya qurğularının istehsalına sərf olunacaq.
Qaziler.az bu barədə RBC-Ukrayna Ukraynanın müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən xəbər verir.
“Ukraynanın müdafiə sənayesini maliyyələşdirmək üçün Danimarka, Fransa və Litvadan 150 milyon avrodan çox (6,5 milyard qrivna) alıb”, - nazir qeyd edib.
O bildirib ki, bu vəsaitin 111 milyon avrosu Ukrayna Silahlı Qüvvələrinin ən son yerli istehsal olan hərbi texnika ilə gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyi, Strateji Sənaye Nazirliyi və Danimarka Müdafiə Nazirliyi arasında əməkdaşlıq çərçivəsində sazişlərin həyata keçirilməsinə yönəldiləcək.
Daha 29 milyon avro isə Fransa hökumətinin Ukraynanın təhlükəsizliyini və müdafiəsini gücləndirmək üçün ayırdığı qrantdır.
Litva birgə memorandum çərçivəsində Ukrayna hərbi-sənaye kompleksinin inkişafı üçün daha 10 milyon avro ayırıb.
"Bu vəsait xüsusilə raketlərin, dərin zərbələr üçün pilotsuz təyyarələrin və artilleriya qurğularının istehsalı üçün istifadə olunacaq", - Umerov əlavə edib.
QAZİLER.AZ