"Burada qalıram" - Zurabişvili “varisi”nin andiçmə mərasimindən əvvəl açıqlama verib

"Burada qalıram" - Zurabişvili “varisi”nin andiçmə mərasimindən əvvəl açıqlama verib backend

Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyası tərəfindən seçilmiş Mixail Kavelaşvilinin andiçmə mərasimi ərəfəsində bəyanatla çıxış edib. O, prezident sarayında qaldığını bildirib.

Bu barədə Qaziler.az “Exo Kafkaza” istinadən xəbər verir.

O cümlədən, Zurabişvili Gürcüstan prezidentinin rəsmi iqamətgahından - Tbilisidəki Orbeliani sarayından müraciət edib.

“Mən buradayam və gecəni burada keçirəcəyəm. Sabah saat 10:00-da sizi Orbeliani sarayında gözləyirəm və sabahın necə olacağını buradan söyləyəcəyəm. Sizə gələcək günlərin və zəfər günlərinin necə olacağını deyəcəyəm”, - deyə o, tərəfdarlarına bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan sakinləri paytaxtda keçirilən ən böyük mitinqdə şəhərin sağ və sol sahillərini, eləcə də yeddi körpünü birləşdirən simvolik zəncirlə “Birlik zənciri” mitinqinə çıxıblar.

Bu dinc etiraz baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırıldığını elan etməsindən bir ay sonra vətəndaş cəmiyyətinin birliyinin və Avropa dəyərlərinə olan istəyin nümayişi idi. Xaricdəki gürcülər Avropa və ABŞ-ın 40 şəhərində aksiyalar təşkil edərək etirazçılarla həmrəy olduqlarını bildiriblər.

QAZİLER.AZ

Diaspora