Ukraynanın hücumu nəticəsində Donetskdə 7 mülki vətəndaşı yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə "Donetsk Xalq Respublika"sının başçısı Denis Puşilin Telegram kanalında məlumat verib.
Nikitovski rayonunda 1961-ci il təvəllüdlü qadın və 1965-ci il təvəllüdlü kişi düşmənin kaset artilleriyasından istifadə etməsi nəticəsində orta dərəcəli bədən xəsarətləri alıblar. 1953-cü il təvəllüdlü qadın və 1981 və 2001-ci il təvəllüdlü kişilər yaralanıb. Bundan əlavə, düşmənin top artilleriyasından istifadə etməsi nəticəsində 1953-cü il təvəllüdlü bir nəfər ağır yaralanıb”, - deyə o yazıb.
Hücum nəticəsində bir yaşayış binasına da ziyan dəyib.
QAZİLER.AZ