Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda bir evdə təbii qazla əlaqəli partlayış nəticəsində 10 nəfər xəsarət alıb.
Qaziler.az türk mətbuatına istinadən bildirir ki, Abdi İpəkçi məhəlləsi 1524 küçəsində 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində naməlum səbəbdən təbii qazdan səbəb olduğu ehtimal edilən partlayış baş verib.
Partlayışdan sonra mənzildə yanğın başlayıb.
Xəbər verildikdən sonra əraziyə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.
İlkin məlumata görə, partlayış nəticəsində yaralanan 10 nəfər tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıb.
QAZİLER.AZ