Fransalı deputat Bidzina İvanişvilini Fəxri Legion ordenindən məhrum etməyə çağırıb

Fransalı deputat Bidzina İvanişvilini Fəxri Legion ordenindən məhrum etməyə çağırıb backend

Fransa parlamentinin deputatı Konstans Le Qrip Fransanın ədliyyə nazirinə “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilinin “Şərəf Legionu” ordenindən (Ordre national de la Légion d'honneur) məhrum edilməsi məsələsinə baxılması xahişi ilə müraciət edib. 

Qaziler.az bildirir ki, bu barədə "Qruziya onlayn" məlumat yayıb.

“İvanişvili avtoritar rejimi dəstəkləməkdə və Rusiya ilə rusiyayönlü əlaqələr qurmaqda ittiham olunur.

Fransalı deputat hökumətdən İvanişvilinin bu ordendən məhrum edilməsi məsələsinə baxmağı və şərəf anlayışına uyğun gəlməyən hərəkətlərin bu və ya digər fəxri adların itirilməsinə səbəb ola biləcəyini nəzərə almağı xahiş edib.
 

Fransa prezidenti Emmanuel Makron 2021-ci ilin yanvarında Bidzina İvanişvilini Fransanın ən yüksək mükafatı olan Fəxri Legion ordeni ilə təltif edib.

QAZİLER.AZ

Diaspora