Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada, görüşdə nazir Fidan Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün nizamlı şəkildə başa çatdırılması üçün Suriyanın yeni administrasiyası ilə əməkdaşlıqda fəaliyyət göstərməyin vacib olduğunu bildirib.
Hakan Fidan PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilə bilməyəcəyini və Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səyləri dəstəklədiyini bildirib.
QAZİLER.AZ