Rusiyanın Slovakiyadakı səfirliyi Sovet ordusunun Koşitse şəhərindəki memorialına qarşı növbəti vandalizm aktından dərin qəzəb hissi keçirir.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu abrədə diplomatik missiya dekabrın 28-də bildirib.
“Hitlerin müasir davamçıları - Tiso - Salaşi - Bandera qorxaqcasına bu yolla Slovak xalqının azadlığı uğrunda canlarından keçən və Slovak torpağında uyuyan qalib Qırmızı Ordunun əsgərlərindən qisas alırlar", - səfirliyin Telegram-kanalında deyilir.
Diplomatlar vurğuladılar ki, abidənin təhqir olunmasına görə məsuliyyət nifrət mühiti alovlandıran və Avropa ölkələrində sovet abidələrinə qarşı kampaniya aparan rusofob fiqurların üzərinə düşür. Səfirlik Slovakiya cəmiyyətinin bu təhlükəli tendensiyaya müqavimət göstərəcəyinə ümid etdiyini bildirib.
QAZİLER.AZ