Özbəkistanlı deputat Kadırovu özbək xalqından üzr istəməyə çağırdı

Özbəkistanlı deputat Kadırovu özbək xalqından üzr istəməyə çağırdı backend

Özbəkistan parlamentinin deputatı Odiljon Tojiyev Çeçenistan rəhbəri Ramzan Kadırovu Özbəkistan prezidentinin keçmiş mətbuat katibi Komil Allamjonova qarşı sui-qəsd cəhdinin istintaqına təsir göstərməyə cəhd etdiyinə görə üzr istəməyə çağırıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, müvafiq yazı Tojievin “Telegram” kanalında dərc olunub.

Dekabrın 26-da Kadırov özünün teleqram kanalında Allamjonovla bağlı insidenti sui-qəsd cəhdi adlandırmağın çətin olduğunu bildirib. Onun fikrincə, media özbək siyasətçisinə sui-qəsdin hazırlanmasında Kadırovun özünün iştirakını elan edən bəzi mənbələrə istinad edib.

“Mən o vaxt dedim, indi də deyirəm: bunu hazırlasaydım, işi elə həmin gündə bitirərdim”, - Kadırov qeyd edib.

Tojiyev hesab edir ki, Çeçenistan rəhbərinin reaksiyası İnterpol tərəfindən axtarışda olan adıçəkilən regiondan olan iki Rusiya vətəndaşı Bislan Rasayev və Şamil Temirxanovun elanı ilə izah olunur.

“Mən Çeçenistan prezidenti Ramzan Kadırovun Özbəkistanın daxili işlərinə qarışmasını, habelə Özbəkistan hökumət rəsmilərinə hədə və ya təzyiqi qətiyyətlə pisləyirəm. Kadırov Özbəkistan xalqından üzr istəməyə borcludur”, - Tojiyev yazıb.

Qeyd edilib ki, oktyabrın 26-da Allamjonov və sürücüsünün olduğu “Range Rover” markalı avtomobilə silahlı basqın edilib. İki maskalı şəxs tərəfindən atəş açılıb, lakin sui-qəsd cəhdi uğursuz olub.

QAZİLER.AZ

Diaspora