Tokayev Aktaudakı təyyarə qəzası ilə bağlı çağırış edib

Tokayev Aktaudakı təyyarə qəzası ilə bağlı çağırış edib backend

Qazaxıstanın Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı saxta və təxribat yönümlü xəbərlərin yayılmasının qarşısının alınması vacibdir.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev fövqəladə vəziyyətlə bağlı müşavirədə bildirib.

O, həmçinin Baş Prokurorluğa və hökumət komissiyasına təyyarə qəzasının səbəblərinin hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

“Prezident informasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınmasının vacibliyini qeyd edib. Bundan əlavə, o, bütün ölkə üzrə aviasiya təhlükəsizliyinin vəziyyətinin diqqətlə öyrənilməsinin vacibliyini bəyan edib”, - deyə qeyd olunub.

QAZİLER.AZ

Diaspora