Kazana uçan təyyarələr Beqişevodakı alternativ aerodromlara yönləndirilib. 11 reysin uçuş vaxtı və 14 təyyarənin hava limanına gəlmək vaxtı da təxirə salınıb.
Qaziler.az xəbər verir ki, bu haqda “RİA Novosti” hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Aviasiya limanının nümayəndələri bildiriblər ki, Tomsk, Surqut və Kemerovodan Kazan hava limanına uçan reyslər təyyarə komandirlərinin qərarı ilə Beqişevodakı alternativ aerodromlara yönləndirilib.
Qeyd edək ki, Rosaviasiyanın mətbuat katibi Artem Korenyako Moskva vaxtı ilə saat 06:00-dan etibarən Kazan hava limanında məhdudiyyətlər tətbiq edildiyini bildirmişdi. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Artıq hava limanının Moskva vaxtı ilə saat 10:05-dən normal iş rejiminə qayıtdığı barədə açıqlama verilib.
QAZİLER.AZ