Kazan hava limanı fəaliyyətini BƏRPA ETDİ

Kazan hava limanı fəaliyyətini  BƏRPA ETDİ backend

Kazan hava limanında mülki uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarələrin gəlişinə və buraxılışına tətbiq edilən müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hava limanı Moskva vaxtı ilə saat 10:05-dən normal fəaliyyətə başlayıb.

“Kazan hava limanında, Moskva vaxtı ilə saat 10:05-dən etibarən təyyarələrin qəbuluna və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi”, - Korenyako yazıb.

Kazan hava limanında məhdudiyyətlər Moskva vaxtı ilə səhər saat 06:00 radələrində tətbiq edilib. Federal Hava Nəqliyyatı Agentliyinin bildirdiyinə görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

QAZİLER.AZ

Diaspora