Rusiya çoxarvadlılığın təbliğini qadağan etmək istəyir

Rusiya çoxarvadlılığın təbliğini qadağan etmək istəyir backend

Reklam materiallarında çoxarvadlılığın təbliğinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, müvafiq sənədin mətni parlamentin aşağı palatasının elektron məlumat bazasında yerləşdirilib.

Qanun layihəsinə verilən izahatda vurğulanır ki, çoxarvadlılığın təbliği ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasına yönəlmiş dövlət siyasətinə ziddir.

“Ölkə qanunlarına və Konstitusiyamıza zidd olan çoxarvadlılığın kütləviləşdirilməsi cəhdləri insanları çoxarvadlılığın, iki və ya daha çox qadınla birgə yaşayışın norma hesab etdiyinə öyrətmək istəyindən xəbər verir. Eyni zamanda, qadınların, onların hüquq və qanuni mənafelərinin hər hansı müdafiəsindən söhbət gedə bilməz”, - sənəddə qeyd olunub.

Təşəbbüsün müəllifi Rusiya Dövlət Dumasının ailə müdafiəsi, atalıq, analıq və uşaqlıq məsələləri üzrə  komitənin rəhbəri Nina Ostaninadır.

QAZİLER.AZ

Diaspora