ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib backend

ABŞ "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu və ölkənin keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken açıqlama verib.

Onun sözlərinə görə, buna səbəb “Rusiyanın maraqlarına uyğun olaraq Gürcüstanın demokratik və avroatlantik gələcəyinə zərbə vurmaq” olub.

“ABŞ Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilini sanksiyalar siyahısına əlavə edib”, – Blinken vurğulayıb.

QAZİLER.AZ

Diaspora