Rusiyalı milyarder vurulan hər F-16-ya milyonlarla pul mükafatı vəd edib

Rusiyalı milyarder vurulan hər F-16-ya milyonlarla pul mükafatı vəd edib backend

Milyarder Şmotyev vurulan hər F-16 üçün 15 milyon rubl ödəməyə hazır olduğunu açıqlayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, “Fores” şirkətinin baş direktoru Sergey Şmotyev hərbi xüsusi əməliyyat zonasında Amerika F-16 qırıcısının ləğvi üçün 15 milyon rubl mukafat ödəyəcəyini bildirib. O, həmçinin Rusiya hərbçilərinə dəstəyi davam etdirəcəyini vurğulayıb.

"Vurulan F-16-nın ödənişi Vətənin təhlükəsizliyi üçün hər gün həyatını riskə atanlara dəstək olmaq üçün verdiyimiz töhfədir”, - milyarder deyir.

Şmotyev ilk dəfə olaraq 2024-cü ilin yayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ilk F-16 qırıcısının məhv edilməsinə görə pul mükafatı elan edib. Biznesmen məhv edilmiş Qərb tanklarına görə mükafatları da xatırladıb. O, aydınlaşdırıb ki, ilk məhv edilən tanka görə 5 milyon rubl, sonrakı hər tanka görə isə 500 min rubl ödənilib. Milyarder mükafatların həqiqətən döyüşçülərə çatdığını inandırıb.

F-16 dekabrın 26-da Zaporojye vilayətində vurulub. Rusiya İctimai Palatasının üzvü Vladimir Roqov qeyd edib ki, qırıcı raket zərbəsi üçün mövqelərdə məhv edilib.

Hərbi ekspert Aleksey Leonkov bildirib ki, Ukraynanın F-16-nı itirməsi Rusiya üçün təhlükə səviyyəsinin azaldığını göstərir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün belə itki çox əhəmiyyətlidir, çünki orada cəmi 10 qırıcı var idi.

QAZİLER.AZ

Diaspora