Polşa məktəblilər üçün məcburi odlu silah təlimini tətbiq edib.
Qaziler.az bildirir ki, bu barədə "Newsweek" məlumat yayıb.
14-16 yaş arası uşaqlar həftədə bir saat odlu silah təlimi keçəcəklər. Dərslər məktəbin idman zallarında keçiriləcək.
Tədris proqramına odlu silah hazırlığı, həmçinin daxili təhlükəsizlik, sağ qalma bacarıqları, taktiki xilasetmə, ilk yardım və kibertəhlükəsizlik üzrə dərslər daxildir. Tələbələrə silahların yığılması və sökülməsi də öyrədiləcək.
Proqram 18 min Polşa məktəbinin hamısında fəaliyyət göstərəcək.
QAZİLER.AZ